"Arsenal"da Məsut Özillə yeni müqavilə imzalamaq üçün çalışmalar davam edir.
Sportal.az xəbər verir ki, türk əsilli futbolçunun londonlulardan tələb etdiyi məvacib sözləşmənin əngəllənməsinə səbəb olur. İngiltərə mətbuatının yazdığına görə Özil "Arsenal"ın həftəlik 200 min funt sterlinq maaş təklifini qəbul etməyib.
Almaniya millisinin üzvü "topçular"dan Pol Poqbanın "Mançester Yunayted"də qazandığı qədər, yəni həftəlik 290 min funt sterlinq maaş təlb edir. Özilin bu tələbindən sonra "Arsenal" geri addım ata bilər.
Qeyd edək ki, mətbuatda yayılan xəbərlərə görə 28 yaşlı yarımmüdafiəçi London klubuyla razılıq əldə etməyəcəyi halda sabiq klubu olan Madrid "Real"ına dönə bilər.
saytlarin hazirlanmasi