İngiltərənin "Everton" klubu ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, Liverpul təmsilçisinin futbolçusu Yannik Bolasie uzun müddətlik sıradan çıxıb.
"Daily Mail"in məlumatına görə, Premyer Liqanın XIV turunda "Mançester Yunayted"lə matçda (1:1) zədə alan konqolu yarımmüdafiəçi tibbi müayinədən keçib. Müayinənin nəticəsinə görə, onun sağ dizinin bağlarında qopma aşkarlandığı üzə çıxıb. 27 yaşlı futbolçunun bu zədəsinə görə mövsümün sonuna qədər yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.
Qeyd edək ki, Bolasie mövsümün əvvəlində "Kristal Pelas"dan "Everton"a transfer olunub. O, komandanın heyətində keçirdiyi 13 oyunda 1 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi