"Kostaya Premyer Liqanın bombardiri olacağını demişəm"

14:59 - 7 Dekabr 2016

"Çelsi"nin futbolçusu Eden Hazard açıqlama verib.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçu komandanın hücumçusu Dieqo Kosta haqda danışıb:

 

"Kostaya Premyer Liqanın bombardiri olacağını demişəm. Mövsümə çox əla start verib. Onda yüksək qol vurmaq hissiyatı var. Biz öz oyun səviyyəmizi belə davam etməliyik. Belə davam etsək, Kostanın da qolları çox olacaq. Mövsümün sonunda Premyer Liqanın qalibi olmaq üçün mübarizəmizi davam etdirməliyik".

 

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm Premyer Liqada 11 qol vurub və 5 assist edib.

Xəbər xətti