"Arsenal"la yeni müqavilə imzalamayan Aleksis Sançesə Çindən fantastik təklif gəlib.
Sportal.az xəbər verir ki, son dönəmlər ulduz futbolçuların transferiylə diqqət mərkəzində olan asiyalıların bu dəfəki hədəfi çilili hücumçudu. Bu barədə iddiayla İngiltərə mətbuatı çıxış edib.
"The Sun" qəzətinin yazdığına görə Çin liqası komandalarından biri Sançesə həftəlik 450 min avroluq təklif göndərib. "Topçular"la sözləşməsinin başa çatmasına 18 ay qalmış 27 yaşlı futbolçu London klubunda həftəsinə 150 min avro qazanır.
Qeyd edək ki, ulduz futbolçu bu mövsüm Premyer Liqada "Arsenal" formasıyla meydana çıxdığı 14 matçda 11 qol və 4 məhsuldar ötürməylə yadda qalıb.
saytlarin hazirlanmasi