"Arsenal"ın baş məşqçisi Arsen Venger Məsut Özil və Aleksis Sançesi komandada saxlamaq üçün əllərindən gələn hər şeyi edəcəklərini bildirib.
Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis bu futbolçuları satmağı düşünmədiklərini deyib. London klubuyla 18 aylıq müqavilələri qalan və hələ ki, yeni sözləşmə imzalamayan futbolçularla bağlı dedi-qodular günü gündən artıq. Metbuatda Sançesin Çin klubundan təklif aldığı, "Çelsi"nin isə Özillə maraqlandığı iddia edilirdi.
Bu iddialara cavab verən Arsen Venger "2 futbolçunun da gəyəcəyiylə bağlı dəqiq nəsə deyə bilmərəm. Hələ önümüzdə 18 ay vaxt var. Bu çöx böyük müddətdi. İkisiylə də müqaviləni yeniləmək istəyirik" deyib.
Aleksis Sançesə Çindən gələn fantastik təklif haqda isə fransız çalışdırıcı "Aleksisə Çindən böyük təklif gələ biləcəyinə inanıram. Amma İngiltərədə oynamaq varkən, niyə ora getsin ki? Məsutu da satmayacağıq" fikirlərini yekunlaşdırıb.
saytlarin hazirlanmasi