Son zamanlar "Çelsi"dən ayrılacağı iddia edilən Sesk Fabreqasla bağlı London təmsilçisinin baş məşqçisi Antonio Konte açıqlama verib.
Sportal.az xəbər verir ki, italyan çalışdırıcı Fabreqasın komandadan ayrılmasını istəmədiyini ifadə edib. Konte ispan yarımmüdafiəçi haqda xoş sözlər səsləndirib və onun komandada qalmasını istədiyini bildirib:
"Fabreqas çox yaxşı futbolçudu. "Mançester Siti"yə qarşı çox gözəl oynadı və ona verilən şansı gözəl dəyərləndirdi. Növbəti oyunda onu yarımmüdafiə dördlüyündə oynada bilərəm".
29 yaşlı futbolçunun gələcəyiylə bağlı suala Konte "Dediyim kimi, o çox yaxşı futbolçudu. Fabreqasın "Çelsi"də qalmasını istəyirəm" şəklində cavab verib.
saytlarin hazirlanmasi