İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşıları müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Çelsi"nin hücumçusu Dieqo Kosta ötən ayın ən yaxşı oyunçusu seçilib. O, noyabrda 3 oyuna 2 qol vurub, 2 qolun ötürməsini verib.
Ötən ayın ən yaxşı baş məşqçisi adına isə "Çelsi"nin çalışdırıcısı Antonio Konte layiq görülüb. Onun komandası noyabrda ardıcıl 4 oyunda qalib gəlib.
"Çelsi"nin daha bir futbolçusu - Pedro Rodriqes ötən ayın yaxşı qolunun müəllifi olub.
saytlarin hazirlanmasi