İngiltərə Premyer Liqasının 15-ci turunda “Lester Siti” doğma meydanında “Mançester Siti”ni 4:2 hesabıyla məğlub edib. Oyuna het-triklə damğa vuran Ceymi Vardi yeni rekorda imza atıb.
Sportal.az xəbər verir ki, “Lester Siti”nin heyətində İngiltərə Premyer Liqasında vurduğu qolların sayını 34-ə çatdıran hücumçu göstəricidə 1-ci pilləyə yüksəlib. Əvvəlki rekord Musatafa İzzətə məxsus idi. Türkiyəli futbolçu “tülkülər”in heyətində Premyer Liqada ümumilikdə 33 qola imza atmışdı.
Qeyd edək ki, Ceymi Vardi cari mövsümdə meydana çıxdığı 15 oyunda 5 qola imza atıb.
saytlarin hazirlanmasi