İngiltərə Premyer Liqasının 15-ci turunun “Mançester Yunayted” - “Tottenhem” oyunu (1:0) “qırmızı şeytanlar”ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
Sportal.az xəbər verir ki, qarşılaşmaya start heyətində çıxan isveçli ulduz futbolçu karyerası ərzində 700-cü çempionat oyununu keçirib.
Zlatan İbrahimoviç ilk çempionat oyununa 1999-cu ildə “Malmö”nün heyətində çıxıb. O, İsveç klubunun heyətində 47 çempionat oyununda forma geyinib. 35 yaşlı futbolçu “Ayaks”da 110, “Yuventus”da 92, “Milan”da 85, “Barselona”da 46, “İnter”də 117, PSJ-də isə 180 çempionat oyunu keçirib. Ümumilikdə 700 çempionat oyununda meydana çıxan İbrahimoviç bu oyunlarda 405 qola imza atıb.
saytlarin hazirlanmasi