İngiltərə Premyer Liqasının 15-ci turu çərmivəsində "Vest-Hem" dünən səfərdə "Liverpul"la qarşılaşıb.
Sportal.az xəbər verir ki, gərgin keçən qarşılaşma 2:2 hesabıyla yekunlaşıb. "Vest-Hem"in xorvatiyalı çalışdırıcı Slaven Biliç oyundan sonra mətbuat konfransında verdiyi açıqlama Türkiyəyə dəstəyini nümayiş etdirib.
48 yaşlı mütəxəssis İstanbulda baş verən terroru lənətləyərək, türk insanı ilə birlikdə olduğunu dilə gətirib: "Bütün dualarım onlarladı. Belə anlarda futbolu düşünmək, xal qazandığımız üçün sevinmək çox çətindi. Bu gün qazandığımız 1 xalı Türkiyədəki insanlara həsr olunur."
saytlarin hazirlanmasi