"Mançester Yunayted" klubunun şərəfini qoruyan Zlatan İbrahimoviç Premyer Liqanı digər liqalarla müqayisə edib.
Sportal.az xəbər verir ki, 6 ölkədə liqa qalibi olan isveçli futbolçu bu fikirləri səsləndirib:
"Bu, Premyer Liqadır. Burada bəzi şeylər mənim üçün yenidir. Çünki oynadığım hər klubun özünəməxsus xüsusiyətləri olub. Düşünürəm ki, İngiltərə çempionatında daha az səhv edirəm".
35 yaşlı forvard komanda yoldaşı Henrix Mxitaryan haqqında da danışıb:
"Ukraynada mükəmməl qola imza atdı. Artıq öz rolunu mənimsəyir. Ümid edirəm ki, zədəsi tamam sağaltdıqdan sonra, daha yaxşı performans göstərəcək. Bizim üçün o çox vacibdir və bu səbəbdən məşqçi onun transferini istəyib. Onunla hər şey qaydasındadır".
saytlarin hazirlanmasi