Arsen Venger: "İstərdim ki, o, bizimlə qalsın"

15:39 - 13 Dekabr 2016

Arsenal"ın baş məşqçisi Arsen Venger komandanın yarımmüdafiəçisi Aleks Oksleyd-Çemberleyn haqda açıqlama verib.


Sportal.az xəbər verir ki, təcrübəli çalışdırıcı 23 yaşlı futbolçunun komandada qalamasını istəyir:


"İstərdim ki, Oksleyd klubda qalsın. Mən onu çox gənc yaşda almışam və düşünürəm ki, o yaxşı inkişaf edir. Bu mövsüm bir pillə də irəliləyərək daha yaxşı futbolçu olmağa yaxınlaşır. Ümumilikdə, biz ona çox vaxt ayırmışıq və istədiyimiz nəticəni əldə edirik. Son oyunda "Stok Siti"yə qarşı çox yaxşı oynadı".

 

Qeyd edək ki, 2011-ci ildə "Sauthempton"dan "Arsenal"a keçən futbolçunun "topçular"la müqaviləsi 2018-ci ildə başa çatacaq.

 

 

Xəbər xətti