"Liverpul"un baş məşqçisi Yurgen Klopp qış transfer pəncərəsində heyətin gücləndirilməsini istəyir.
Sportal.az xəbər verir ki, alman çalışdırıcı bildirib ki, zədəli oyunçuların çox olması komandanı çətin vəziyyətə salır:
"Heyətimizdə təcrübəli futbolçular var. Lakin ehtiyat oyunçular skamyasına nəzər yetirsəniz, görərsiniz ki, təcrübəli oyunçumuz azdır. Futbolçuların zədələnməyini də nəzə alsaq, bu, bizə problemlər yaradır. Qış transfer pəncərəsində heyəti gücləndirmək çox çətindir. Çünki istədiyiniz futbolçunu almaq şansızınız elə də çox olmur. Hazırda axtarışdayıq. Sürpriz də ola bilər. Bütün variantları nəzərdən keçiririk".
Qeyd edək ki, "Liverpul"un heyətində Filipe Koutinyo bir müddətlik sıradan çıxıb. "Qırmızılar"ın əsas fiqurlarından olan seneqalıı futbolçu Sadio Mane isə 2017-ci ilin əvvəlində start götürəcək Afrika Millətlər Kubokuna yollanacaq.
Əlavə edək ki, akticində 31 xal olan "Liverpul" Premyer Liqanın 3-cü pilləsində qərarlaşıb və lider "Çelsi"dən 6 xal geridir.
saytlarin hazirlanmasi