Müsəlman futbolçu spirtli içkiyə gözə cəzalandırıldı

16:46 - 13 Dekabr 2016

İngiltərə polisi "Mançester Siti"nin futbolçusu Yaya Tureni cəzalandırıb. 

 

Sportal.az xəbər verir ki, futbolçu uzun müddət sürücülük hüququndan məhrum edilib. 

 

Belə ki, təxminən 1 həftə öncə avtomobilini sərxaş halda idarə etdiyi üçün saxlanılan futbolçunun bu gün məhkəməsi keçirilib. Məhkəmənin qərarına əsasən təcrübəli yarımmüdafiəçi 18 ay müddətində sürücülük hüququndan məhrum edilib. Futbolçuya pul cəzasının verildiyi də bildirilir.

 

Maraqlıdı ki, 2012-ci ildə oyunların birindən sonra matçın ən yaxşı oyunçusuna verilən spirtli içkidən imtina edən Yaya Ture bunu müsəlman olması ilə əlaqələndirmişdi. 

Xəbər xətti