Mövsümün əvvəlində PSJ ilə müqaviləsi başa çatan Zlatan İbrahimoviçi komandasına cəlb edən Joze Mourinyonun növbəti hədəfi Fransa klubunun hücumçusu Edinson Kavanidi.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" parislilərlə yeni müqavilə imzalamaq barədə qərarsız olan uruqvaylı forvardı heyətinə qatmaq istəyir. İbrahimoviçin gedişindən sonra PSJ-nin əsas qol silahı olan 29 yaşlı hücumçu bu mövsüm meydana çıxdığı 21 matçda 22 qol vurmağı bacarıb.
"Daily Express"in yazdığına görə Mourinyo növbəti mövsüm "El Matador" ləqəbli futbolçunu komandasında görmək istəyir.
Qeyd edək ki, PSJ ilə 2018-ci ilin yayınadək müqaviləsi olan Kavani paytaxt klubuna 2013-cü ildə "Napoli"dən 63 milyon avro qarşılığında transfer olmuşdu.
saytlarin hazirlanmasi