Yaya Ture üzr istədi

11:32 - 14 Dekabr 2016

Bir müddət öncə avtomobilini sərxoş halda idarə etdiyi üçün 18 ay müddətində sürücülük hüququndan məhrum edilən müsəlman futbolçu Yaya Ture açıqlama verib.

 

Sportal.az xəbər verir ki, kot-d-ivuarlı yarımmüdafiəçi hərəkətinə görə peşman olduğunu söyləyib:

 

“Spirtli içki içmək günahdır. İstəməsəm də, bunu qəbul etmişəm. Pul cəzası və sürücülük vəsiqəmin əlimdən alınmasına heç bir etirazım yoxdur. Buna görə də hər kəsdən üzr istəyirəm”.

Xəbər xətti