"Arsenal"ın "Qarabağ"la oyun ərəfəsi daha bir futbolçusu zədələndi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan "Arsenal"da itkilər var.

 

Sportal.az xəbər verir ki, Premyer Liqanın 6-cı turunda "Everton"la matçda zədələnən Sokratis Papastatopulosun oktyabrın 4-də "Qarabağ"la oyuna yetişməyəcəyi gözlənilir. Yunanıstan millisinin üzvünün son durumu bu gün bəlli olacaq.

 

Qeyd edək ki, Bosniya və Herseqovina millisinin müdafiəçisi Sead Kolaşinaç, fransalı stopper Loran Koselni və ingiltərəli cinah müdafiəçi Karl Cenkinson da "Qarabağ"a qarşı oynamayacaq. Bundan əlavə, erməni yarımmüdafiəçi Henrix Mxitaryanın da yüngül zədəsi var. Lakin onun durumu ciddi deyil. Buna baxmayaraq, onun da Bakıya gələcəyi gözlənilmir.

 

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Arsenal" oyunu oktyabrın 4-ü saat 20:55-də başlayacaq.

Tarix: 24 Sentyabr [15:55]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2018
12  Dekabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio