Sabiq "Qəbələ"li Premyer Liqa klubunda

14:07 - 13 Oktyabr 2018

"Qəbələ"nin ukraynalı sabiq futbolçusu Aleksey Qayın yeni klubunun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı futbolçu vətəninə qayıdıb. Yarımmüdafiəçi Ukrayna Premyer Liqasında çıxış edən Donetsk "Olimpik"i ilə mövsümün sonuna kimi müqavilə bağlayıb.

 

Qeyd edək ki, Qay 2015/16-cı illərdə "Qəbələ"də çıxış edib. Ukrayna millisinin sabiq üzvünün son klubu Rusiyanın I Divizion təmsilçisi "Kuban" olub.

Xəbər xətti