Dadaşovsuz "Proyssen" "Borussiya"ya uduzdu

13:48 - 16 Noyabr 2018

Millimizin üzvü Rüfət Dadaşovun çıxış etdiyi Almaniya III Bundesliqa təmsilçisi “Proyssen” klubu yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, Münster təmsilçisi əsas Bundesliqada mübarizə aparan Münhenqladbax “Borussiya”sı ilə qarşılaşıb və 0:3 hesabı ilə uduzub.

 

Hazırda Azərbaycan yığmasının düşərgəsində olan Rüfət bu qarşılaşmanın iştirakçısı olmayıb.

Xəbər xətti