AFFA-nın diqqətində olan futbolçu: "Milli ilə bağlı qərar verməmişəm"

16:38 - 26 Mart 2019

U-21 millimizin üzvü Ozancan Kökcünün qardaşı Orkun Kökcü Hollandiya mətbuatına müsahibə verib.

 

Sportal.az "De Telegraaf"a istinadən xəbər verir ki, AFFA-nın diqqət mərkəzində olan futbolçu milli komanda məsələsi ilə bağlı hələyekun qərar vermədiyini dilə gətirib. Hollandiyanın U-19 yığmasında çıxış edən Kökcü bu sözləri deyib:

 

"Türkiyəli rəsmilərlə görüşmüşəm. Məni komandalarında görmək istədiklərini demişdilər. Ancaq məni U-19 komandasına dəvət edirdilər. Buna görə də qərar verdim ki, Hollandiyada qalım. Ancaq əsas milli ilə bağlı qərar verməmişəm. Bu mövzuda məşqçim Marten Stekelenburqla söhbət edirəm. Hazırda Hollandiya yığmasında işlər yaxşı gedir. Çox yaxşı nəsil gələcək. Əgər qəlbini dinləsən, dorğu qərar verə bilərsən. İndi ürəyim Hollandiya ilə birgədir. Türkiyədən istədiyim diqqəti görmədim".

 

Kökcünün Hollandiyanın U-17 və U-18 komandalarında çıxış edib. Orkun hazırda U-19-un kapitanıdır. Gələcək vəd edən futbolçu cari mövsüm "Feyenoord"da 7 oyuna çıxıb və 2 qol vurub, 2 assist edib. O, bir müddət əvvəl Rotterdam təmsilçisiylə 2023-cü ilə qədər müqavilə bağlayıb. 

 

Qeyd edək ki, "Qroningen"in yetirməsi olan 18 yaşlı yarımmüdafiəçi 2014-cü ildə "Feyenoord"un akademiyasına keçib.

Xəbər xətti