"Bayern" Fransa millisinin üzvünü 80 milyon avroya transfer etdi

00:45 - 28 Mart 2019

Almaniyanın “Bayern” klubu yeni mövsüm üçün ilk transferini reallaşdırıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi İspaniyanın “Atletiko” klubundan Luka Hernandesi transfer edib. 23 yaşlı sol cinah müdafiəçisinin transferi münhenlilərə 80 milyon avroya başa gəlib. Fransa millisinin üzvü Bundesliqa klubu ilə 2024-cü ilin yayına kimi müqavilə bağlayıb. Hernandes yayda yeni klubuna qoşulacaq.

 

Qeyd edək ki, Ernandes 2007-ci ildə "Atletiko"nun akademiyasına yazılıb. O, 2014-cü ildə Madrid klubunda peşəkar karyerasına başlayıb.

Xəbər xətti