Faiq Qarayev milliyə qayıtdı

15:21 - 17 Aprel 2019

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, yığmanı yenidən Faiq Qarayev çalışdıracaq.

 

6 ay əvvəl Yaponiyada keçirilən dünya çempionatında uğursuz çıxışdan sonra səhhəti ilə bağlı məşqçilik karyerasını başa vurduğunu açıqlayan təcrübəli mütəxəssis yenidən komandanın “sükanı arxasına” qayıdıb. 

 

Qeyd edək ki, 59 yaşlı mütəxəssis Azərbaycan Voleybol Federasiyasında 1-ci vitse-prezident vəzifəsində çalışır (ona.az).

Xəbər xətti