PSJ Fransa kubokunun finalında məğlub oldu VİDEO

12:52 - 28 Aprel 2019

Fransa kubokunun qalibi müəyyənləşib. 

 

Sportal.az xəbər verir ki, Parisdə keçirilən final matçında PSJ "Renn"lə qarşılaşıb. Oyunun əsas və əlavə vaxtı 2:2 hesablı heç-heçə ilə başa çatıb.

 

Penaltilər seriyasında qalib gələn "Renn" tarixində 3-cü dəfə Fransa kubokunu qazanıb.

 

PSJ - Renn - 2:2
Qollar:
Dani Alveş, 13, Neymar, 21 - Presnel Kimpembe, 40 (avtoqol), Mekser, 66

Penaltilərlər - 5:6

 

 

 

Xəbər xətti