Orxan Sadıqlı 72-ci "Zirə"li oldu

Azəbaycan Premyer Liqasının 27-ci turu “Zirə”də debütlə əlamətdar olub.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, “Keşlə”ylə səfər matçında (3:1) start heyətində yer alan Orxan Sadıqlı, “qartallar”ın formasında ilk oyununu keçirib.

 

O, klub tarixinə Premyer Liqada forma geyinən 72-ci futbolçu kimi düşüb. Orxana qədər 71 oyunçu çempionatın yüksək dəstəsində “Zirə”nin şərəfini qoruyub.

 

Sadıqlı “Zirə”nin Premyer Liqadakı futbolçuları arasında 4-cü qapıçıdır. Onadək üç qolkiper “qartallar”ın uğurları üçün çalışıb. Bunlar Anar Nəzirov, Kamal Bayramov və Abdulla Seyidəhmədovdur.

Tarix: 6 May [12:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 May 2019
19  May 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio