"Mançester Yunayted"lə "İnter"in Rakitiç mübarizəsi

11:54 - 14 May 2019

Mövsümün sonunda "Barselona"dan ayrılacağı iddia edilən İvan Rakitiç iki klubun transfer hədəfindədir.

 

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, İtaliyanın "İnter" və İngiltərənin "Mançester Yunayted" klubları xorvat futbolçu üçün kataloniyalılara təklif göndərməyə hazırlaşır. Frenki de Yonqun "Ayaks"dan transfer edilməsindən sonra Rakitiç orta sahədə yerini itirəcəyindən qorxur. Bu səbəbdən də onun ayrılmaq istədiyi iddial edilib.

 

31 yaşlı futbolçu cari mövsüm 52 oyuna 5 qol vurub, 9 assist edib.

Xəbər xətti