"Ayaks" "Qarabağ"ın potensial rəqibi oldu

10:54 - 16 May 2019

Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyələşib.

 

Sportal.az xəbər verir ki, Malta çempionu “Valetta”nın səpələnməmişlər səbətində yer alacağı üçün “Qarabağ”ın potensial rəqibləri arasındadır. Potensial rəqiblərin sayı 10-a çatıb, 6 komanda da əlavə ediləcək:


“Valetta” (Malta), “ÇFR Kluj” (Rumıniya), “Ferensvaroş” (Macarstan), “Nomme Kalyu” (Estoniya), “Partizani” (Albaniya), “Valyur” (İslandiya), “Linfild” (Şimali İrlandiya), “Torsxavn” (Farer adaları), “Riqa” (Latviya), “Saburtalo” (Gürcüstan).
 
Ağdam klubu II təsnifat mərhələsinə yüksəlsə, reytinq xalı daha az olan rəqiblərlə qarşılaşa bilər. Çünki “atlılar” yenə səpələnmişlər sırasında yer alacaq. Burada "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dandalk" (İrlandiya), "Düdelanj" (Lüksemburq), "Şkendiya" (Makedoniya), TNS (Uels) və "Slovan" (Slovakiya) klubları potensial rəqiblərdir.

III mərhələdə isə “Qarabağ” böyük ehtimalla, səpələnməmişlər səbətində yer alacaq. Əks halın baş verməməsi üçün I və II təsnifat mərhələsində çoxlu sürprizlər baş verməlidir. Çempionlar Liqasında son mövsümün yarımfinalçısı olan Hollandiyada çempionu “Ayaks” III təsnifat mərhələsindən mübarizəyə başlayacaq. Cari mövsüm ÇL-də "Real" və "Yuventus"u məğlub edən amsterdamlılar “Qarabağ” üçün potensial rəqibdir.

Xəbər xətti