Tuxeldən Neymar və Mbappe ayrılığına açıq qapı

PSJ-nin baş məşqçisi Tomas Tuxel komandanın ulduz futbolçuları - Kilian Mbappe və Neymarla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis futbolçuların komandadan ayrılacağı iddialarına münasibət bildirib:

 

"Mbappe çox ağıılı futbolçudur. Gənc yaşından artıq məsuliyyəti öz üzərinə götürməyə çalışır. Bir baş məşqçi kimi Neymar və Mbappenin komandada qalmasını istəyirəm. Ancaq ayrılsalar, çıxış yolu tapacağıq".

 

Mbappe Fransa Liqa 1-də ilin futbolçusu seçilərkən komandadan ayrılacağına dair işarə vurmuşdu. Lakin klub sosial şəbəkə hesabında bəyanat yayaraq, 20 yaşlı forvardın komandada qalacağını bəyan etdi.

 

Neymarın adı isə Madrid "Real"ı ilə hallanır.

Tarix: 24 May [11:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Avqust 2019
16  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio