"Qəbələ" yetirmələrini geri qaytarır

15:37 - 24 May 2019

Növbəti mövsüm yerli futbolçulara üstünlük verməyi planlaşdıran "Qəbələ" digər klublardakı yetirmələrini geri qaytarmaq üçün hərəkətə keçib.

 

Sportal.az xəbər verir ki, icarə əsasında "Sumqayıt"da çıxış edən Yusif Nəbiyevlə Ülvi İsgəndərov "qırmızı-qaralar"a qayıdıb.

 

Bölgə klubu "Sumqayıt"dakı digər yetirməsi Ehtiram Şahverdiyevi də geri qarmağı düşünür.

 

"Zirə" ilə müqaviləsi başa çatan Kamal Mirzəyevlə Sadiq Quliyevə də keçmiş komandalarına geri dönmələri üçün təklif edilib.

 

"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Amil Yunanova da qayıtması üçün təklif irəli sürülüb.

Xəbər xətti