Cenk Tosun "Everton"dan ayrılır

18:51 - 27 May 2019

Türkiyə millisinin üzvü Cenk Tosun İngiltərənin "Everton" klubundan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, əsas heyətə düşməkdə çətinlik çəkən futbolçudan Liverpul təmsilçisi istədiyini ala bilmir.

 

Məlumata görə, Cenki sabiq klubu "Beşiktaş" icarəyə götürmək istəyir. İstanbul təmsilçisi 27 yaşlı futbolçunun keçidi üçün Premyer Liqa klubu ilə danışıqlara başlayacaq.

 

Daha öncə "Bild" nəşri "Şalke"nin Cenk Tosunu transfer etmək istəyidini yazmışdı.

 

Qeyd edək ki, "Everton" ötən ilin əvvəlində Tosunu 24+4 milyon avroya "Beşiktaş"dan transfer etmişdi. Cenk iki mövsümə 43 oyun keçirib və 9 qol vurub.

Xəbər xətti