Eden Hazard "Çelsi"dən ayrıldığını açıqladı

02:53 - 30 May 2019

"Çelsi"nin futbolçusu Eden Hazard klubdan ayrıldığını təsdiqləyib.

 

Sportal.az xəbər verir ki, belçikalı futbolçu Bakıda keçirilən Avropa Liqasının finalından sonra "BT Sport"a açıqlamasında komandadan getdiyini deyib. "Arsenal"la oyunda dubl edən 29 yaşlı yarımmüdafiəçi yeni vida matçının gözəl alındığını söyləyib:

 

"Premyer Liqada oynamaq xəyalım idi. Bu xəyalımı ölkənin ən böyük klublarından birində oynayaraq, reallaşdırdım. Düşünürəm ki, bu, vida görüşüm idi. 7 il dünyanın ən yaxşı klublarından birində oynadım. Artıq yeni macəranın vaxtı gəlib".

 

Eden Hazard karyerasını İspaniyanın "Real" klubunda davam etdirəcək.

Xəbər xətti