Pep Qvardioladan Leroy Sane açıqlaması

12:15 - 31 May 2019

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın futbolçusu Leroy Sanenin Münhen "Bayern"inə transfer olunması ehtimalından danışıb.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis almaniyalı futbolçuya yeni müqavilə təklif etdiklərini deyib: 

 

"Leroy Saneyə yeni müqavilə təklif etmişik. Qalmasını istəyirik. 6-7 aydır ki, onunla anlaşmağa çalışırıq. Qalmasını istəməyimizin başqa isbatı ola bilər? Onu istəməsəydik, müqaviləsini uzatmaq üçün hər yola baş vurmazdıq".

 

"Mançester Siti" "Bayern"in Sane üçün göndərdiyi 80 milyon avroluq transfer təklifini rədd edib.

 

"Şəhərlilər" almaniyalı vingeri 2016-cı ildə "Şalke"dən 50,5 milyon avroya almışdı. 23 yaşlı futbolçu başa çatan mövsümdə 47 oyuna 16 qol vurub, 18 assist edib.

 

Xəbər xətti