"Valensiya"dan dünya klublarına nümunə: "Əbədi azarkeş"

00:24 - 6 İyun 2019

İspaniyanın "Valensiya" klubu örnək addımı ilə diqqət çəkib.

 

Sportal.az xəbər verir ki, "yarasalar" uzun illər bilet abunəliyi olan və 50 yaşından sonra görmə qabiliyyətini itirən Visente Aparisio adlı azarkeşinə böyük jest edib. Klub 2 il öncə - 89 yaşında vəfat etmiş azarkeşin "Mestalya" stadionunda abunə olduğu 15-ci sıradakı 164 nömrəli oturacağı sökərək, heykəlini ucaldıb.

 

"Valensiya"nın bu addımı sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb.

 

Image may contain: one or more people and people sitting

Xəbər xətti