Buffon üçün sürpriz transfer iddiası

PSJ-dən ayrılan italiyalı qapıçı Canluici Buffonla bağlı sürpriz iddia yayılıb.

 

Sportal.az "Sky Iitalia"ya istinadən xəbər verir ki, 41 yaşlı qapıçısı "Barselona" heyətinə qatmaq istəyir. Hollandiyalı Yasper Sillessenlə yolları ayıracaq kataloniyalılar Buffonu ehtiyat qapıçı kimi almaq fikrindədir.

 

Çindən aldığı təklifi rədd edən təcrübəli qolkiperin İspaniya nəhənginə keçməyə müsbət baxdığı iddia olunur.

 

Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a 52,8 milyon avroya transfer olmuşdu. İtaliya millisinin sabiq üzvü 17 mövsüm klubda çıxış etdikdən sonra ötən yay PSJ-yə keçmişdi.

 

Tarix: 7 İyun [16:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio