"Səbail"in futbolçusu uzun müddət sonra məşqlərə başladı

18:17 - 10 İyun 2019

"Səbail" yeni mövsümün hazırlığını davam etdirir.

 

Sportal.az xəbər verir ki,ötən mövsümün noyabr ayında əməliyyat olan ukraynalı müdafiəçi İqor Korotetski də məşqlərdə iştirak edir. 31 yaşlı futbolçu bərpa prosesini keçib və məşqlərə qatılır.

 

Korotetski ötən yay "Kəpəz"dən "Səbail"ə keçmişdi. O, başa çatan mövsümdə 6 oyun keçirib.

Xəbər xətti