Milli üzvü biabırçı məğlubiyyətlərdən sonra tac döyməsi etdirdi FOTO

Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsində evdə Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzması hamının narazılığına səbəb oldu.

 

Bu məğlubiyyətlərdə AFFA-nı günahlandıranlar daha çoxdur, nəinki futbolçu və məşqçi heyətini.

 

Millinin biabırçı hesablarla uduzduğu oyunlardan sonra Azərbaycan yığmasının üzvü Əli Babayev yeni tatuajını təqdim edib. Milliləşdirilmiş israilli futbolçu boynuna tac döydürüb. O, döymənin fotosunu "instagram" hesabında paylaşıb.

 

Görünür, milli komandanın biabırçı məğlubiyyətləri Əlinin kefinə soğan doğramayıb.

 

28 yaşlı futbolçu daha öncə boynuna qadın dodağını döymə etdirmişdi.

 

Əli Babayev ötən yay "Sumqayıt"a keçmişdi. Komandadan ayrılan futbolçunun yeni klubu bəlli olmayıb.

 

Tarix: 14 İyun [12:05]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 İyul 2019
19  İyul 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio