Emil Balayevli "Tobol" "Astana"ya çatdı VİDEO

00:11 - 24 İyun 2019

Qazaxıstan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Okjetpes"ə 2:0 hesabı ilə qalib gəlib.

 

Start heyətdə meydana çıxan Emil qapısını toxunulmaz saxlaya bilib.

 

Qeyd edək ki, "Astana"nın uduzmasından sonra "Tobol" bu qələbə sayəsində liderlə xallarının sayını bərabərləşdirib. Hər iki komandanın 35 xalı var.

 

Xəbər xətti