"Qarabağ"ın hədəfində olan futbolçu: "Yeni kluba keçməyə hazıram"

13:51 - 24 İyun 2019

CAR-ın "Kayzer Çifs" klubu ilə sözləşməsini ləğv edən Hendrik Ekstein yeni kluba keçməyə hazır olduğunu deyib.

 

Sportal.az "KickOff"a istinadən xəbər verir ki, "Qarabağ"ın hədəfində olduğu iddia edilən 28 yaşlı hücumameyilli futbolçu heç bir komanda ilə anlaşmadığını deyib:

 

"Birlikdə hazırlaşdığım fərdi məşqçim var. Bir müddətdir ki, onunla çalışıram. Mənə çox yardım edir. Yeni kluba keçməyə hazıram".

 

Eksteinin agenti Mxize Paleza "Qarabağ"dan təklif aldıqlarını açıqlamışdı.

 

Cənubi afrikalı oyunçu 2014-cü ildən "Kayzer Çifs"də çıxış edirdi.

 

Mehman Əşrəfov

Xəbər xətti