Transfer məsələsini kənara qoydu, sevgilisiylə istirahətə yollandı FOTOLAR

12:50 - 1 İyul 2019

"Ayaks"dan ayrılacağını açıqlayan Matteis de Liqt transfer mövzusunu kənara qoyub.

 

Sportal.az xəbər verir ki, Amsterdam klubunun 19 yaşlı kapitanı sevgilisi Anne Kee Molenarla Barbados adalarında dincəlir.

 

Hollandiyalı müdafiəçi 20 yaşlı modellə vəhşi donuzlarla dolu olan adada fotolarını sosial şəbəkə hesabına yerləşdirib.

 

"De Telegraaf" nəşrinin məlumatına görə, de Liqt isstirahəti başa vurduqdan sonra "Yuventus"la müqavilə imzalamaq üçün Turinə yollanacaq.

 

Xəbər xətti