Frenk Lempard "Səbail"in futbolçusunu istəyir

23:45 - 5 İyul 2019

İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi Frenk Lempard gələcək planlarıbı qurur.

 

Sportal.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis "Çelsi"də birgə çıxış etdiyi sabiq komanda yoldaşlarından bir neçəsini kluba gətirmək istəyir. O, akademiyadakı işlərin təşkilini və aşağı yaş qruplarından ibarət komandalara çiyin-çiyinə oynadığı veteran futbolçulara tapşırmaq fikrindədir.

 

Petr Çexlə Klod Makelele artıq London klubuna qayıdıb. Çex paytaxt təmsilçisinin texniki müşaviri təyin edilib. Makelele isə Lempardın məşqçi heyətində yer alacaq.

 

Bundan əlavə, Maykl Essyen, Mixael Ballak və Didye Droqbanın da "Çelsi"yə qayıdacağı gözlənilir. Droqbayla Ballakın təyinatı yaxın zamanlarda mümkün ola bilər. Ancaq Essyendə vəziyyət fərqlidir.

 

"Səbail"də çıxış edən futbolçunun Azərbaycan klubu ilə müqaviləsi 2020-ci ilin yayında başa çatacaq. 36 yaşlı yarımmüdafiəçinin gələn yay karyerasını baş vurub, Lempardın yanına yollanacağı gözlənilir.

Xəbər xətti