36 yaşlı futbolçu ilə yeni müqavilə imzalandı

00:43 - 6 İyul 2019

Türkiyənin "Kayserispor" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Kayseri təmsilçisi hücumçusu Umut Bulutla müqaviləni uzadıb. Türkiyə millisinin sabiq üzvüylə bir illik müqavilə imzalanıb.

 

36 yaşlı forvard 2016-cı ildən "Kayserispor"da çıxış edir. Umut "Tuluza", "Trabzonspor" və "Qalatasaray" kimi klublarda çıxış edib.

Xəbər xətti