Hakim Zieş "Bayern" yolunda

13:15 - 15 İyul 2019

"Ayaks"ın mərakeşli ulduzu Hakim Zieş karyerasını Münhen "Bayern"ində davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, münhenlilər futbolçunun agenti Mustafa Naxliylə görüşüb. Bundesliqa təmsilçisi 26 yaşlı yarımmüdafiəçinin keçidi üçün 30 milyon avro təklif edib.

 

Transferin böyük ölçüdə rellaşacağı gözlənilir.

 

Zieş ötən mövsüm 49 oyuna 21 qol vurub, 24 assist edib.

 

Xəbər xətti