Makedoniyalı futbolçu: "Partizani" Bakıda "Kukesi"nin aqibətini yaşamaz" - MÜSAHİBƏ

"Partizani"nin müdafiəçisi Eqzon Belitsa "Panorama Sports"a müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı makedoniyalı müdafiəçi Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la Bakıda keçirəcəkləri cavab oyunu barədə danışıb.

 

- Bakıya optimal heyətlə yollanmısınız?

- Heç kim "Partizani"nin Tiranadakı matçda "Qarabağ"la belə oynayacağını gözləmirdi. Məncə, yaxşı oynadıq və müsbət nəticə əldə etdik. Bəlkə də həddindən artıq çox müdafiə olunduq, ancaq "Qarabağ" kimi güclü komandanın qarşısını almağın tək yolu olduğunu deyirəm. Bakıya yaxşı nəticə üçün gedəcəyik. Vuruşacağıq və əlimizdən gələnin ən yaxşısını edəcəyik. Ümid edirəm ki, mərhələ adlamaq üçün qol vuracağıq.

 

- İlk oyunda qol vurmağınıza nə mane olurdu?

- Standart vəziyyətlərdə yaratdığımız təhlükə təsadüf deyildi. Sloveniyada bunun üzərində çox çalışmışdıq. "Qarabağ"la oyunda məşqlərdə etdiklərimiz pis alınmırdı. Eyni şeyi cavab görüşündə də etməyə çalışacağıq. Ümid edirəm ki, bu dəfə top dirəyə dəyməz.

 

- Ötən il bu mərhələdə Albaniyanın digər klubu "Kukesi" evdə 0:0 hesablı heç-heçə etsə də, cavab görüşündə uduzaraq (0:3) mübarizəni dayandırmışdı. Bu, sizi qorxutmur?

- Meydanda öz oyunumuzu göstərməyə çalışacağıq. "Kukesi" Bakıda 0:3 hesabıyla uduzmuşdu, ümid edirəm ki, "Partizani" sabah Azərbaycanda belə aqibəti yaşamaz. Ora özümüzü göstərmək və nəticə qazanmaq üçün gedirik. 

 

- İlk oyundakı kimi daha diqqətli olacaqsınız, yoxsa daha cəsarətli oynayacaqsınız?

- Daha diqqətli olacağımıza inanıram. Cəsarətli olmağa çalışacağıq. Ancaq daha çox diqqətli olmalıyıq.

Tarix: 16 İyul [16:57]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
9 Dekabr 2019
8  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio