Aftandil Hacıyev: “Gərək 3 qol vurub, rəqibi təəccübləndirək”

“Bakıda bolqollu oyun izləmişdik, maraqlı matç alınmışdı. Artıq rəqibi yaxından tanıyır, bizi daha çətin oyunun gözlədiyini bilirik. 17 saatlıq yol qət etmişik. “Universitatya Krayova” favorit olsa da, klub da, prezidentimiz də gəncdi. Oyunumuzu inkişaf etdirmək üçün bizə təcrübə lazımdı. İlk ilimizdə belə bir komanda ilə qarşılaşmaq bizim üçün böyük uğurdu”.

 

Sportal.az xəbər verir ki, bunu “Səbail”in baş məşqçisi Aftandil Hacıyev səfərdə Rumıniyanın “Universitatya Krayova” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşündən əvvəl təşkil olunmuş mətbuat konfransında deyib. Gənc mütəxəssis bildirib ki, 3 saatlıq yolu 16 saata qət etmələri imkanlardan irəli gəlir. Amma o, uzun yolçuluğun meydanda mübarizə aparmamaq anlamına gəlmədiyini söyləyib:

“İstərdik ki, lazımi nəticə üçün mübarizə aparaq. Amma qol buraxdıqda gərək 3 qol vuraq və rəqibi təəccübləndirək”.

 

Hacıyev təkcə zədəli Elvin Yunuszadənin yox, bir neçə oyunçunun meydana çıxmasının sual altında olduğunu və start heyətlə bağlı bu gün baş tutacaq son məşqdən sonra qərar verəcəyini də əlavə edib: 

“İlk matçla müqayisədə heyətdə dəyişikliklər ola, meydana yeni futbolçular çıxa bilər”.

 

Baş məşqçi əvvəllər Rumıniya “Astra”sında çıxış etmiş Eriko Da Silva ilə qısa söhbət etdiyini və “Universitatya Krayova” barədə müsbət sözlər eşitdiyini vurğulayıb: 

 

“Bunu ilk oyun da göstərdi. Stadionunuz da gözəldi, Tofiq Bəhramov adına Respublika stadionuna bənzəyir. İnanırıq ki, sabah çoxlu azarkeş qarşısında ən məsuliyyətli və maraqlı oyunlarımızdan birini keçirəcəyik”.

 

Hacıyev “Səbail”lə ilk mövsümündəcə Avropa Liqasında çıxış etməyi böyük uğur saysa da, bununla kifayətlənmək istəmədiyini açıqlayıb: 

 

“Sabah istədiyimiz nəticəni əldə etməyə çalışacağıq. Bu, alınmasa belə, mənim üçün böyük təcrübə olacaq”. (Report)

Tarix: 17 İyul [22:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Avqust 2019
21  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio