AFFA-nın milliləşdirmək istədiyi futbolçu yığma komanda seçimini etdi

Hollandiyanın "Feyenoord" klubunda çıxış edən Orkun Kökcü milli komanda seçimini edib.

 

Sportal.az "NTV Spor"a istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi Türkiyə milli komandasında oynamağa qərar verib.

 

Orkun Kökcü Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökcünün qardaşıdır. AFFA-nın diqqət mərkəzində olan oyunçu Hollandiyanın U-19 millisinin kapitanı idi. 

 

"Qroningen"in yetirməsi olan gənc yarımmüdafiəçi 2014-cü ildə "Feyenoord"un akademiyasına keçib. Orkun bir müddət öncə Rotterdam klubu ilə müqavilə müddətini 2023-cü ilə qədər uzadıb. 

Tarix: 21 İyul [10:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Sentyabr 2019
16  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio