"Qəbələ" rəhbərliyində növbəti istefa

"Qəbələ"də növbəti ayrılıq baş verib.

 

Sportal.az xəbər verir ki, klubun meneceri Səməd Nəsibov "Facebbok" hesabında "Qəbələ"dən ayrıldığını bəyan edib:

 

"Hər şeyin bir əvvəli var, bir sonu. Bu gün artıq 10-cu ildir çalışdığım “Qəbələ” klubundan ayrıldım. “Hyudai”, “Sarar”, “Acıbadəm”, “Avis” kimi brynəlxalq brendlərin klubla əməkdaşlığına nail olmaq, 3 “Gabala Cup”ın, “Jalə” kubokunum təşkilatçılığınlıetmək. “Gabala Cup” ın bir dəfə "NTV Spor", bir dəfə də TRT-də yayımına nail olmaq... Klub üçün fanşop qurmaq, sosial şəbəkələrə çıxarmaq. 3 boks yarışı və bir Gloria tədbirinin əsas təşkilatçılığını eləmək (biri "Eurosport" kanalı ilə canlı yayımlanıb). İki il Avropa Liqasının qruplarında iştirak etmək. "Neftçi" ilə kubokun final oyununda 15 min tamaşaçı üçün hər oturacağa bayraq ideyasını ilk dəfə həyata keçirmək kimi önəmli fəaliyyətlərə imza atmaq düşdü qismətimə bu on ildə. Amma mənə ən zövq verən fəaliyyətimin ən uğursuz görünən tərəfi idi. Azarkeşlərlə iş! “Qəbələ” üçün darıxacam. Amma ən çox azarkeşlər üçün. Artıq klub rəsmisi olmadığım üçün rahat danışa bilərəm. Futbolumuzun gələcəyi akademiyalar, uşaq futbolu deyil, azarkeşlərdir. Uzun sözün qısası, yeni bir başlanğıc üçün son dayanacağa gəldim. “Qəbələ”yə yeni mövsümdə uğurlar diləyirəm. Bundan sonra mən nə edəcəm ? Hələ bilmirəm".

 

Tarix: 7 Avqust [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Noyabr 2019
19  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio