Millidə dəyişikliklər: "Qarabağ" futbolçularını geri çağırdı

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, “Qarabağ”ın müraciəti əsasında İsmayıl İbrahimli, Hacıağa Hacılı və Nicat Mehbalıyev klubun UEFA Çempionlar Liqasında Kiprin APOEL komandası oyunu ilə əlaqədar millinin toplanışından azad ediliblər.

 

Onların əvəzinə “Səbail”dən Ədilxan Qarəhmədov, “Qəbələ”dən Samir Məhərrəmli və “Sumqayıt”dan Səbuhi Abdullazadə dəvət olunub.

Tarix: 11 Avqust [14:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
30 May 2020
29  May 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio