32 milyon avroluq futbolçu özünü "Rusenborq"a təklif etdi

17:28 - 15 Avqust 2019

"Suonsi Siti"dən ayrılan Fil Dişi Sahili millisinin üzvü Uilfried Boni klubsuzdur.

 

Sportal.az dagbladet.no-ya istinadən xəbər verir ki, 30 yaşlı hücumçu agentlər vasitəsi ilə özünü Norveçin "Rusenborq" klubuna təklif edib. Çempionlar Liqasının pley-off mərhələsinə yüksələn klub Bonidən imtina edib.

 

Boni İngiltərə II Liqa təmsilçisi "Nyuport"da məşqlərə çıxır. O, gələcəyi ilə bağlı bunları deyib: "Hazırda agentim İtaliya və Türkiyədə klub axtarır. Ən yaxın zamanda yeni klub tapılacağına ümid edirəm".

 

Hollandiyanın "Vitess" klubunda parlayan forvard 2013-cü ildə 16 milyon avroya "Suonsi Siti"yə transfer olmuşdu. İki il sonra "Mançester Siti" Bonini 32,3 milyon avro qarşılığında heyətinə qatmışdı. 2017-ci ildə "Suonsi Siti" 13 milyon avro ödəyib, forvardı geri qaytarmışdı.

Xəbər xətti