Koutinyo rəsmən "Bayern"də!

"Bayern" "Barselona"nın futbolçusu Filipe Koutinyonu icarəyə götürüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar braziliyalı yarımmüdafiəçini Münhen təmsilçisinə satın alma şərti ilə bir ilik icarəyə verib.

 

"Bayern" 8,5 milyon avro icarə qiyməti ödəyib. Müqavilənin şərtlərinə əsasən, münhenlilər 120 milyon avro ödəyib, Koutinyonun transfer hüququna yiyələnə bilər.

 

"Barselona" 26 yaşlı futbolçunu 2018-ci ilin yanvarında "Liverpul"dan 145 milyon avroya transfer edib. Koutinyo ötən mövsüm 54 oyuna 11 qol vurub, 5 assist edib.

Tarix: 19 Avqust [12:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio