AFFA-dan Riad Rəfiyevlə Ayxan Abbasova xəbərdarlıq

13:49 - 28 Avqust 2019

AFFA İntizam Komitəsinin bu gün iclası keçirilib.

 

Sportal.az AFFA-ya istinadən xəbər verir ki, iclasda Premyer Liqanın III turu ilə bağlı qərarları açıqlayıb:

 

Premyer Liqanın II turunun “Sabah” – “Keşlə” matçının 74-cü dəqiqəsində “Keşlə” klubunun 10 №-li futbolçusu Sezar Meza Colli ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Premyer Liqanın II turunun “Zirə” – “Neftçi” matçının 80-cı dəqiqəsində “Zirə” klubunun məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın II turunun “Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra “Sumqayıt” futbol klubun prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildirmişdilər.

 

İntizam Komitəsi Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasova bu hala görə ciddi xəbərdarlıq edir. Bu hal təkrar olunarsa şəxslər İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.

Xəbər xətti