Azərbaycan millisi Latviyaya da uduzdu

Bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Viktor Bannikov beynəlxalq turnirinin qrup mərhələsində son oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv Latviya ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub. Xal üzünə həsrət qalan milli qrupu xalsız başa vurub.

 

Azərbaycan millisi qrupda ilk oyununda İsrailə 0:6, ikinci matçında isə Ukraynaya 2:4 hesabıyla uduzmuşdu.

 

Azərbaycan millisi sabah 7-8-ci yerlə uğrunda görüş üçün digər qrupun sonuncusu Litvayla qarşılaşacaq.

 

Viktor Bannikov turniri
29 avqust

 

18:00. Azərbaycan – Latviya - 0:2

Tarix: 29 Avqust [21:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio